TQDK sədri məcburi köçkünlərlə görüşdü

tqdk-sedri-mecburi-kockunlerle-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, görüşə gələnlərin sorğu və müraciətləri, əsasən, təhsil məsələləri ilə bağlı olub..

Vətəndaşlar eyni zamanda buraxılış sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Onların müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub.
Həmin müraciətlər qeydiyyata alınıb, nəzarətə götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.

TQDK sədri tərəfindən növbəti görüş mayın 16-da Qazax şəhərindəki Qazax Şahmat Mərkəzində keçiriləcək. Qəbulda Qazax, Agstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.