TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin şərtlərini açıqladı

tqdk-xususi-qabiliyyet-teleb-eden-ixtisaslar-uzre-musabiqenin-sertlerini-aciqladi
Oxunma sayı: 647

Trend-in məlumatına görə, 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar çərşənbə axşamı keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətlərinə aiddir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər.

“Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə ərizələrini ümumi qaydaya əsasən təsdiq etdirir, sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak edirlər. Bunun üçün abituriyent mayın 1-dən 18-dək QİK-ə tələb olunana sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yaralılığı yoxlanılır və yoxlamadan uğurla keçənlər qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. I mərhələdə abituriyentlər test imtahanı verirlər. Abituriyentin bu imtahanda topladığı bal oxumaq istədiyi ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyirsə, onlar II mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər”, - Abbaszadə əlavə edib.