Traktor aşdı, 4 nəfər yaralandı

traktor-asdi-4-nefer-yaralandi
Oxunma sayı: 2016

Goranboy rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan  Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin  vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir.
 
Məlumata görə, qəzaya yağan yağışdan sonra yolun çökməsi səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.