Traktorla piyadanı vurub qaçdı

Traktorla piyadanı vurub qaçdı
Oxunma sayı: 609

Biləsuvar rayonunda vurulan piyada vəfat edib. Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada isə yerindəcə ölüb.

Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindən onun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilib.

R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi