Tramp 4 ölkəyə səfər edəcək

tramp-4-olkeye-sefer-edecek
Oxunma sayı: 4005

ABŞ prezidenti Donald Tramp noyabrda 4 ölkəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evdən Trampın səfər qrafiki barədə məlumat açıqlanıb.

Qeyd edilib ki, o, 11 noyabrda Fransaya səfər edəcək və burada 1-ci dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı mərasimdə iştirak edəcək.

Tramp daha sonra İrlandiyaya gedərək ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində danışıqlar aparacaq.

Argentinanın paytaxtı Buenos-Ayresdə “G-20” zirvə toplantısına qatıldıqdan sonra isə noyabrdakı səfərlərini Kolumbiyada tamamlayacaq.