Tramp Ağ Evdə qonaqlarına hamburger sifariş etdi - “Pulunu özüm ödədim”

tramp-ag-evde-qonaqlarina-hamburger-sifaris-etdi
Oxunma sayı: 1706

ABŞ prezidenti Donald Tramp hökumətin yenidən bağlanması səbəbi ilə Ağ Evin işçiləri və Milli Universitetlərarası Futbol Çempionatının qalibləri üçün hamburger və pizza sifariş edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident jurnalistlərə açıqlamasında qonaqlar üçün sifariş etdiyi “fast food”un pulunu özünün ödədiyini vurğulayıb. 

Tramp idmançılara hökumət bağlı olduğu üçün kifayət qədər mətbəx işçisinin çalışmadığını əsas göstərərək hazır qida sifariş etmək məcburiyyətində qaldığını deyib: “Əvvəlcə sizləri birinci ledinin hazırladığı salatlara qonaq etməyi planlaşdırdıq, lakin mən bunu istəmədim. Onun yerinə hamburger sifariş etdim”. 

Qeyd edək ki, ABŞ-da federal hökumət Meksika sərhədinə hörüləcək divarın maliyyələşdirilməsi səbəbilə yaşanan büdcə böhranı nəticəsində müvəqqəti bağlanıb. Konqres və Ağ Ev yeni bir büdcə üzərində razılaşmadığı üçün vəsaitsiz qalan federal dövlət orqanları fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.