Tramp ağlama divarına baş çəkdi - Fotolar

tramp-aglama-divarina-bas-cekdi
Oxunma sayı: 742

ABŞ prezidenti Donald Tramp xanımı Melaniya və qızı İvanka ilə İsraildə rəsmi səfərdədir.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Tramp ailəsini hava limanında baş nazir Benyamin Netanyahu həyat yoldaşı Sara ilə qarşılayıb.

Amerika lideri səfər çərçivəsində Şərqi Qüdsdəki ağlama divarını ziyarət edib. Onu qızı İvanka da müşayiət edib.

Qeyd edək ki, bundan öncə ağlama divarını ziyarət edən ABŞ prezidentləri arasında Bill Klinton, Corc Buş, Barak Obama da olub.