Tramp arvadının mətbuat katibini vəzifəyə gətirdi

tramp-arvadinin-metbuat-katibini-vezifeye-getirdi
Oxunma sayı: 964

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın mətbuat katibi Stefani Qrişamı Ağ Evdə vəzifəyə təyin edib.

“Qafqazinfo” xəbər verir ki, o, Ağ Evin yeni mətbuat katibi olub. Bu barədə Melaniya Tvitter hesabında yazıb. Birinci xanım qeyd edib ki, bu posta Qrişamdan yaxşı namizəd təqdim edilə bilməzdi.

Qeyd edək ki, Stefani Melaniya ilə 2015-ci ildən işləyir. O, Ağ Evdə Sara Sandersi əvəz edəcək. Sanders ayın əvvəlindən istefa qərarını açıqlamışdı.