Tramp Asiya turundan danışdı

tramp-asiya-turundan-danisdi
Oxunma sayı: 1343

ABŞ prezidenti Donald Tramp Asiya turunun uğurlu keçdiyini bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə çıxışı zamanı söyləyib.

Prezident 12 günlük səfər zamanı nümayəndə heyətinin böyük hörmət və qonaqpərvərliklə qarşılandığını da əlavə edib. O, bu müddət ərzində Cənubi Koreya, Çin, Yaponiya, Vyetnam və Filippində səfərdə olub.