Tramp BMT-də kimi görmək istəyir?

tramp-bmt-de-kimi-gormek-isteyir
Oxunma sayı: 1260

ABŞ prezidenti Donald Tramp Nikki Heylinin BMT-dəki daimi səfir postundan istefasından sonra namizədinin adını açıqlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Tramp bu vəzifəyə Dina Pauellin namizədliyini dəstəkləyib. Tramp yeni daimi nümayəndə seçimində Nikkini ona yardım etməyə çağırıb. 

Qeyd edək ki, Dina Pauell bir müddət Tramp administrasiyasında prezidentin milli təhlükəsizlik üzrə müşavir müavini vəzifəsində çalışıb.