Tramp BMT-dəki daimi nümayəndəsinin istefasını qəbul etdi

tramp-bmt-deki-daimi-numayendesinin-istefasini-qebul-etdi
Oxunma sayı: 1287

ABŞ prezidenti Donald Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Heylinin BMT-dəki səlahiyyətlərinin nə zaman bitəcəyi isə məlum deyil. 

Qeyd edək ki, N. Heyli ötən həftə istefa istəyini Donald Trampa bildirib. Amerikanın yüksək çinli məmurları bu istefa tələbinə təəccübləndiklərini gizlətməyiblər.