Tramp bütün dünyanı İrana qarşı qaldırdı - Cəzalandırmaqla təhdid etdi

tramp-butun-dunyani-irana-qarsi-qaldirdi
Oxunma sayı: 4817

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların şərtlərinin pozulmasının qarşısını almaq məqsədilə yeni qərarnamə imzalayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərara görə 7 avqustdan sonra İranın ABŞ dolları və metallardan istifadəsinə imkan verilməyəcək. Həmçinin, İranın energetika sektoruna, ABŞ-ın “qara siyahı”sındakı İran vətəndaşlarına, nəqliyyat və gəmi inşasına dəstək verənlər də sanksiyaya məruz qalacaqlar.

Bundan başqa, İranın avtomobil sənayesinə ehtiyat hissələri satan, xidmət göstərən, həmçinin, İran məhsullarını daşıyanlar da cəzalandırılacaq.

5 noyabr 2018-ci ildən sonra İran Milli Neft Şirkəti, Naftiran Ticarət Şirkəti və İran Mərkəzi Bankına sponsorluq edən, maddi və texnoloji dəstək göstərənlərə də sanksiya tətbiq olunacaq.

Tramp bildirib ki, bir çox beynəlxalq şirkətin İrandan çıxacağı xəbəri onu olduqca məmnun edib:

“Bəzi ölkələr İrandan xam neft idxalını azaldacaqlarını və ya tamamilə dayandıracaqlarını açıqlayıblar. Biz bütün dünyanı İranı iqtsadi blokadaya salacaq addımar atmağa çağırırıq”.