Tramp Cənubi Koreya prezidenti ilə görüşəcək

tramp-cenubi-koreya-prezidenti-ile-gorusecek
Oxunma sayı: 808

Cənubi Koreya prezidenti Mun Çje İn amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır. 

“Qafqazinfo” xarici KV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Admnistrasiyasının rəsmisi məlumat verib. Onun sözlərinə görə, Çje İn ABŞ lideri ilə sentyabrın 24-ü Nyu-Yorkda bir araya gələcək. 

PA rəsmisi onu da qeyd edib ki, hər iki liderin görüşü BMT Baş Assambleyasının sessiyası zamanı baş tutacaq.

Aysel Kərimova