Tramp danışdı, neft 3 faizdən çox ucuzlaşdı - “OPEK, zəhmət olmasa...”

tramp-danisdi-neft-3-faizden-cox-ucuzlasdi
Oxunma sayı: 1946

ABŞ prezidenti Donald Trampın bəyanatından sonra birjalarda neftin qiyməti düşməyə başlayıb.

“Qafqazinfo” xəbər verir  ki, amerikalı lider tvitter hesabında xammalın qiymətinin həddindən artıq yüksəlməyə başladığını yazmış və OPEK-i “rahatlaşmağa” çağırmışdı:

"Neftin qiyməti çox yüksəlir. OPEK, zəhmət olmasa, rahatlaş və sakitləş. Dünya qiymət artımını qaldıra bilməz- kövrəkdir”.

Bu bəyanatdan sonra Brent markalı neftin qiyməti İCE London birjasında hazırda 3,516 faiz ucuzlaşaraq 64,84 dollara düşüb.

WTI markalı neft isə 3,657 faiz ucuzlaşaraq barreli 55,24 dollar olub. 

Qeyd edək ki, daha əvvəl də Trampın oxşar bəyanatı da neftin qiymətinin düşməsinə səbəb olmuşdu.