Tramp Davosa qatılmayacaq

Tramp Davosa qatılmayacaq
Oxunma sayı: 488

ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumuna qatılmayacağını açıqlayıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Meksika ilə sərhədə divar çəkilişi üçün büdcə ayırmayan Konqresə etiraz olaraq hökumətin fəaliyyətini məhdudlaşdıran Tramp bu səbəbdən Davosa qatılmayacağını bildirib:

“Demokratlarla sərhəd təhlükəsizliyi məsələsində yaşanan inadlaşmaya görə çox önəmli Davos səfərimi ləğv edirəm. Dünya İqtisadi Forumundan üzr istəyərək ən dərin ehtiramımı çatdırıram”.

Qeyd edək ki, ABŞ hökuməti 22 yanvara qədər fəaliyyətini bərpa etməsə, foruma xəzinə naziri Stiven Mnuçin rəhbərliyindəki nümayəndə heyəti qatılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi