“Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı

tramp-dodaqlarimdan-opmek-istedi
Oxunma sayı: 4344

“Fox News” televiziyasının keçmiş əməkdaşı, xəbər aparıcısı Culyet Huddi uzun müddətdir gizli saxladığı sirrin üstünü açıb.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Tramp haqqında hamıya maralı olacaq hadisə barədə danışıb.

Huddi iddia edir ki, 2005 və ya 2006-cı ildə Donald Tramp onu şam yeməyinə dəvət edib və “Trump Tower”in liftində aparıcının dodaqlarından öpmək istəyib. Aparıcı gözləmədiyi hərəkətə sərt reaksiya göstərib. Telekanal əməkdaşının sərt reaksiyası ilə üzləşən gələcək prezident, özünü yığışdırıb.

Huddi bildirib ki, bundan sonra nə tək qalıblar, nə də Tramp həmin hərəkətini təkrarlamayıb.

Maraqlısı odur ki, Tramp hazırkı həyat yoldaşı Melani ilə 2005-ci ilin yanvarında evlənib. Baş verən hadisə də onlar evlənəndən sonraya təsadüf edir.