Tramp Ərdoğan və Poroşenko ilə görüşəcək

tramp-erdogan-ve-porosenko-ile-gorusecek
Oxunma sayı: 1121

ABŞ prezidenti Donald Tramp sentyabrın 21-də BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna dövlət başçısı Petro Poroşenko ilə görüşəcək.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika liderinin müşaviri Herbert Makmaster brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp həmçinin,Əfqanıstan prezidenti ilə də görüşəcək.

Daha sonra onun Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir ki, burada da Tramp Şimali Koreya ilə bağlı yaranmış nüvə problemini müzakirə edəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb.