Tramp Ərdoğandan xahiş etdi - Keşişi burax

Tramp Ərdoğandan xahiş etdi
Oxunma sayı: 44

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla çərşənbə axşamı keçirdiyi görüşü zamanı amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını xahiş edib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldırıb və xahiş edib ki, Türkiyə hökuməti onun tezliklə ABŞ-a göndərilməsini təmin etsin”, - deyə qeyd olunub.

Xatırladaq ki, 2016-ci ilin 16 iyul hadisələri ilə bağlı Türkiyədə 32 mindən çox insan həbs edilib, 100 mindən çox dövlət qulluqçusu isə işindən uzaqlaşdırılıb.

Keşiş Endryu Branson da FETÖ ilə əlaqədə ittiham olunaraq 2016-cı ilin oktyabrında həbs olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi