Tramp ermənilərin ümidini doğrultmadı - “Meds Yeghern” dedi

tramp-ermenilerin-umidini-dogrultmadi
Oxunma sayı: 635

ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Amerikanın hazırki lideri ilk 24 aprel açıqlamasında sələfi Barak Obama kimi “Meds Yeghern” (Erməni dilində “böyük fəlakət”) ifadəsini işlədib. 

“Bu gün 20-ci yüz ilin ən böyük qətliamlarından olan “Meds Yeghern”də ağırlar çəkmiş insanların xatirəsini xatırlayırıq. 1915-ci ildən etibarən 1,5 milyon erməni ölkədən xaric olunub, öldürülüb ya da köç etmək məcburiyyətində qalıb.  Məsum insanların yasını tutmaqda ABŞ-da və bütün dünyada yaşayan erməni cəmiyyətinə qatılıram. Bir çox erməni ABŞ-da özlərinə həyat qurub. Bu cür hadisələrin bir də baş verməməyi üçün tarixin xatırladılması vacibdir. Daha ədalətli və tolerant bir gələcəyin infrastrukturunu inşa etmək üçün türklərin və ermənilərin göstərdikləri səyləri məmnuniyyətlə qarşılayırıq”, - deyə Trampın yazılı açıqlamasında bildirilib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş da iki dəfə “soyqırım” sözünü işlədib.