Tramp FED rəhbərliyi üçün namizədini açıqladı

Tramp FED rəhbərliyi üçün namizədini açıqladı
Oxunma sayı: 579

Bir müddətdir ABŞ prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminə (FED) kimin namizədliyini irəli sürəcəyi ətrafında müzakirələr gedirdi.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında FED-ə rəhbərlik etmək üçün qurumun İdarəetmə Şurasının üzvü Cerom Poueli dəstəklədiyini açıqlayıb.

Beləliklə, son 40 ildə ilk dəfə FED rəhbəri ardıcıl ikinci dəfə namizədliyi göstərilməmiş oldu. Bu zamana qədər FED rəhbərləri ardıcıl 2 dəfə quruma rəhbərlik üçün namizəd göstərilmişdilər.

Qeyd edək ki, hazırki rəhbər Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevalında bitəcək. O, FED-in 100 illik tarixində ilk qadın rəhbər idi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi