Tramp FTB-ni tənqid etdi

Tramp FTB-ni tənqid etdi
Oxunma sayı: 1126

ABŞ prezidenti Donald Tramp FTB-ni (Federal Təhqiqatlar Bürosu) tənqid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə tvitter hesabında yazıb.

“FTB prezident seçkilərində Trampın komandasnın Rusiya ilə əlbir olmasını axtarmağa çox vaxt sərf edir. Heç bir razılaşma olmayıb. Öz işlərinizə qayıdın və elə edin ki, biz sizinlə fəxr edək”,- deyə prezident bildirib.

Qeyd edək ki, Florida ştatının Brouard dairəsində Nikolas Kruzun məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.

Daha sonra məlum olub ki, FTB-nin Kruzun məktəbə hücum edə biləcəyi ilə bağlı informasıyası olsa da bunu araşdırmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi