Tramp geri addım atdı: uşaqları ayırmayacaq

tramp-geri-addim-atdi-usaqlari-ayirmayacaq
Oxunma sayı: 1087

ABŞ prezidenti Donald Tramp qanunsuz yollarla ölkəyə axın edən miqrantların uşaqlarından ayrılmasını nəzərdə tutuan "sıfır tolerantlıq" siyasətində güzəştə getməli olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qəfəsə bənzəyən sığınacaqlarda saxlanılan uşaqların valideynlərindən ayrı saxlanılması əleyhinə etirazlardan sonra Ağ Ev rəhbəri yeni fərman imzalayıb. Bundan sonra miqrant ailələr bir-birindən ayrılmayacaq.

Yeni fərmanı imzaladıqdan sonra açıqlama verən Tramp "Ayrı qalan ailə mənzərəsindən xoşum gəlmir" deyib.