Tramp iddiaları təsdiqlədi

tramp-iddialari-tesdiqledi
Oxunma sayı: 1522

ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-dəki səfiri vəzifəsinə dövlət departamentinin sözçüsü Hizer Nauerti namizəd göstərəcəyi ilə bağlı iddiaları təsdiqləyib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, o, Nauertin çox bacarıqlı və ağıllı olduğunu, namizədliyini irəli sürəcəyini bildirib.

Xatırladaq ki, daha öncə “Foks Nyus” kanalında aparıcılıq edən Hizer Nauert Tramp hakimiyyətə gəldikdən sonra Dövlət Departamentinin sözçüsü vəzifəsinə təyin edilib.

Tramp ədliyyə naziri postuna namizəd olaraq isə Uilyam Barrın adını açıqlayıb.

Qeyd edək ki, Barr 1991-1993-cü illərdə həmin vəzifəni icra edib.