Tramp İrana 40 il əvvəl tətbiq edilmiş sanksiyaların vaxtını uzatdı

Tramp İrana 40 il əvvəl tətbiq edilmiş sanksiyaların vaxtını uzatdı
Oxunma sayı: 974

ABŞ prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin Konqresə ünvanladığı məktubda deyilir: “Bizim İranla münasibətimiz hələ ki normallaşmayıb”. 

Qeyd edək ki, 12170 saylı fərman 1979-cu ildə Tehranda tələbələrin ABŞ səfirliyini tutmasından sonra prezident Cimmi Karter tərəfindən imzalanıb. Sənəd ABŞ hökumətinə geniş sanksiyalar tətbiq etmək və digər tədbirlər görmək səlahiyyəti tanıyır. Həmçinin, İranın ABŞ yurisdiksiyasında istənilən dövlət mülkiyyətini məhdudlaşdırır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi