Tramp İrana qarşı sanksiyaların müddətini artırdı

Tramp İrana qarşı sanksiyaların müddətini artırdı
Oxunma sayı: 326

ABŞ prezidenti Donald Tramp 1979-cu ildən İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, D. Tramp Konqresə göndərdiyi məktubda ABŞ ilə İran arasında münasibətlərin hələ də normallaşmadığını vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi