Tramp İsraildə pərt oldu - Xanımı onun əlini geri çevirdi + Video

tramp-israilde-pert-oldu
Oxunma sayı: 658

ABŞ-ın birinci xanımı Melaniya Tramp Tel-Əviv hava limanında təyyarədən endikdən sonra ərinin əlini tutmaqdan imtina edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu an Tramp ailəsinin səfərini görüntüləyən jurnalistlərin lentə aldığı videoda öz əksini tapıb.

Kadrlarda prezidentlə xanımının qırmızı xalça üzərində getdiyi, Trampın əlini Melaniyaya uzatması, lakin xanımının onun əlini geri çevirməsi görünür.

Qeyd edək ki, D. Tramp bu gün İsrailə rəsmi səfərə gedib.