Tramp keçmiş köməkçisini “it” adlandırdı

tramp-kecmis-komekcisini-it-adlandirdi
Oxunma sayı: 2764

ABŞ prezidenti Donald Tramp qalmaqallı xatirələrini yayan keçmiş köməkçisi Omarosa Maniqol-Nyumana Tvitter üzərindən “hücuma keçib”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tramp keçmiş köməkçisini “it” adlandırıb: “Siz dəli, yazıq, miskin birinə Ağ evdə iş verirsiniz, ancaq o elə-belə işləmir. General Kelli yaxşı ki, bu cür itləri dərhal işdən azad edir”. 

Qeyd edək ki, Maniqol-Nyuman Con Kelli tərəfindən işdən çıxarılıb. Omarosa NBC kanalına Donald Trampla Con Kelli arasında onun qovulması ilə bağlı səsyazmasını vermişdi.