Tramp Kim Çen Ina məktub göndərdi

tramp-kim-cen-ina-mektub-gonderdi
Oxunma sayı: 644

ABŞ prezidenti Donald Tramp ötən həftə sonu Şimali Koreya lideri Kim Çen Ina məktub yollayıb.

“Qafqazinfo” xəbər verir ki, CNN telekanalı mənbəsinə istinadən yazır ki, məktub şəxsən Şimali Koreya liderinə təqdim olunub. 

Lakin mənbə Trampın məktubunun mətnini açıqlamayıb. 

Xatırladaq ki, ötən ilin iyunun 12-də Sinqapurda tarixdə ilk dəfə ABŞ-Koreya Xalq Demokratik Respublikasının sammiti baş tutdu. Nəticədə prezident Trampla Kim Çen In birgə bəyanat qəbul etdilər. Həmin bəyanatda Pxenyan denuklarizasiyaya tam hazır olduğunu, ABŞ isə qarşılığında Şimali Koreyaya təhlükəsizlik zəmanəti verdi. 

Liderlər arasındakı növbəti görüşün bu ilin yanvar və ya fevralında baş tutacağı gözlənilir.