Tramp Kimə verdiyi sözü tutdu

tramp-kime-verdiyi-sozu-tutdu
Oxunma sayı: 1671

ABŞ prezidenti Donald Tramp hələlik Cənubi Koreya ilə müştərək hərbi təlimlərin bərpasına ehtiyac olmadığını bildirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, hazırda bunun üçün vəsait sərf etməyə səbəb olmadığını deyib.

Ağ Evdən bildirilib ki, gələcəkdə təlim keçirilməsinə qərar verilərsə, bu, miqyasına görə əvvəlkiləri üstələyəcək.

Xatırladaq ki, ötən ilin 4 dekabrında ABŞ və Cənubi Koreya 200-dən çox təyyarə və 12 mindən çox hərbiçinin iştirakı ilə tarixin ən irimiqyaslı hərbi təlimlərinə başlamışdı və nəticədə Şimali Koreya ilə növbəti siyasi gərginliyə səbəb olmuşdu.

12 dekabrda isə Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşündə isə təlimlərə son qoyulması barədə razılıq əldə olunmuşdu.