Tramp kimi ağılsız adamla dialoq mümkünsüzdür - Şimali Koreya

tramp-kimi-agilsiz-adamla-dialoq-mumkunsuzdur
Oxunma sayı: 705

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampla dialoqun mümkünsüz olduğunu hesab edir.

“Qafqazinfo” “RİA Novosti”yı istinadən xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

“Belə ağılsız adamla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”, - deyə ordu nümayəndəsinə istinadən Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

KXDR-in Quam adasındakı ABŞ hərbi bazasına raket zərbəsi endirməsi imkanlarına baxdığı barədə xəbər yayıb. Donald Tramp cavabında isə Şimali Koreyanı atəş və qəzəblə hədələyib. Bütün bunlardan sonra ABŞ və KXDR arasında münasibətlər daha da gərginləşib.