Tramp Kimin şərti ilə razılaşdı - Təlimlərə son qoyulacaq

tramp-kimin-serti-ile-razilasdi
Oxunma sayı: 2093

Sinqapurda ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə görüşündən sonra mətbuat konfransı keçirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Şimali Koreya liderinə xalqı üçün aydın bir gələcəyə yönəlmiş ilk cəsur addımı atdığı üçün təşəkkür etib.

O, Kimi Ağ Evə dəvət etdiyini, Kimin də bu dəvəti qəbul etdiyini, özünün də bir gün Pxenyana getməyə hazır olduğunu söyləyib. Tramp ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə də son qoyulacağını, yersiz təlimlərin keçirilməməsinin əhəmiyyətli qənaətlərə səbəb olacağını bildirib.