Tramp kraliçanı əsəbiləşdirdi - Video

tramp-kralicani-esebilesdirdi
Oxunma sayı: 8348

ABŞ prezidenti Donald Tramp dünən İngiltərəyə səfəri zamanı Britaniya kraliçası II Elizabetlə ilə görüşə gecikib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, 15 dəqiqə ayaq üstə gözləyən 92 yaşlı kraliça bir neçə dəfə əsəbi şəkildə saatına baxıb və protokol rəhbərini yanına çağıraraq məlumat alıb.

Trampın görüş əsnasında isə 3 dəfə protokol qaydalarına riayət etmədiyi ortaya çıxıb. Belə ki, Tramp Elizabetlə digər ölkə başçıları ilə görüşdüyü formada – sərt şəkildə salamlaşıb.

Bundan başqa, Melaniya Tramp kraliça ilə görüşərkən hörmət əlaməti olaraq başını əyməyib. Donald isə kraliça ilə yanaşı gedərkən düz xətt üzrə hərəkət etmək prinsipinə riayət etməyib.

Bu hallar İngiltərə mətbuatı tərəfindən tənqid edilib.