Tramp Makronla Suriya məsələsini müzakirə etdi

Tramp Makronla Suriya məsələsini müzakirə etdi
Oxunma sayı: 661

ABŞ prezidenti Donald Tramp ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Suriyadakı hadisələrə dair atılacaq addımları müzakirə ediblər.

“Biz tərəfdaşlarımız və müttəfiqlərimiz ilə müzakirələri davam etdiririk. Prezident bu gün yenidən Makron ilə danışıb. Biz Ağ Evdə görüşlər və diskussiyaları davam etdiririk”,-deyə Sara Sanders vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi