Tramp məşhur türk həkimi komandasına daxil etdi

tramp-meshur-turk-hekimi-komandasina-daxil-etdi
Oxunma sayı: 2137

Yazdığı kitablar, elmi araşdırmalar və televiziya verilişiləri ilə ABŞ-ın ən məşhur həkiminə çevrilən Mehmet Özə prezident Donald Tramp vəzifə verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Öz prezidentin idman, tibb və qidalanmadan məsul məsləhət şurasına daxil edilib. Ağ Evdən Mehmet Özün və komandasının 2 ay boyunca Amerika xalqının düzgün qidalanmasına dəstək verəcəyi açıqlanıb. 

Xatırladaq ki, Donald Tramp prezident seçilməzdən öncə Mehmet Özün verilişlərindən birinə qatılmış, səhhəti ilə bağlı ona suallar vermişdi. 

Nuranə