Tramp müsəlman siyasətçini istefaya çağırdı

Tramp müsəlman siyasətçini istefaya çağırdı
Oxunma sayı: 1142

ABŞ prezidenti Donald Tramp son vaxtlar anti-semitizm mübahisəsi ilə gündəmdə olan Konqresin müsəlman üzvü İlhan Omarı istefaya çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Omarın Konqresdən və ya vəzifədə olduğu nümayəndələr Məclisinin Xarici Əlaqələr Komitəsindən getməli olduğunu bildirib: “Anti-semitizmə ABŞ Konqresində yer yoxdur. Omarın üzr istəməsi də kifayət etmir. Omar özündən utanmalıdır. Bərbad açıqlama idi”. 

İlhan Omar haqqındakı anti-semitizm iddiaları ilə bağlı Tvitterdə açıqlama vermişdi. Amerikalı yəhudilərdən üzr istəyən Omar İsrailin ABŞ-dakı lobbiçilik fəaliyyətinin gözardı edilməməsi ilə bağlı xəbərdarlıq etmişdi.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi