Tramp müsəlmanları təbrik etdi

tramp-muselmanlari-tebrik-etdi
Oxunma sayı: 642

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə başçısının təbrikini Ağ Ev yayımlayıb.

Təbrikdə deyilir, “ABŞ-dakı müsəlmanlar müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər. ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir”.