Tramp o prezidentin zənginə cavab vermədi - “Diktaturanı seçdi...”

tramp-o-prezidentin-zengine-cavab-vermedi
Oxunma sayı: 649

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığından imtina edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu ölkədə demokratiya bərpa olunmayana kimi Maduro ilə danışmayacağını deyib. 

Ağ Ev bəyan edib ki, Tramp posta gəldikdən sonra ABŞ administrasiyası ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azad edilməsi, xalqa təzyiqlərin dayandırılması tələbi ilə çıxış edib. Lakin bütün çağırışlar cavabsız qalıb: “Bunun əvəzinə Maduro diktatura yolu seçdi”.