Tramp Pakistana yardımı dayandırdı - “Pulumuzu alıb heç nə etmirlər”

tramp-pakistana-yardimi-dayandirdi
Oxunma sayı: 1065

ABŞ prezidenti Donald Tramp Pakistana edilən maliyyə yardımlarını dayandırdıqlarını elan edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Tvitter səhifəsində yazıb:

“Pakistana artıq milyardlarla dollar ödəmə etməyəcəyik. Çünki pulumuzu alıb bizim üçün heç nə etmirlər. Pakistana milyardlar ödədik, bizə Bin Ladenin orada yaşadığını belə söyləmədilər. Axmaqlar”.