Tramp Paşinyana təbrik məktubunda Qarabağdan yazdı

Tramp Paşinyana təbrik məktubunda Qarabağdan yazdı
Oxunma sayı: 3045

ABŞ prezidenti Donald Tramp Ermənistanın yeni baş naziri seçilən Nikol Paşinyanı təbrik edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp təbrik məktubunda yazıb:

“Sizi yeni seçkilər münasibətilə təbrik edirəm. Sizinlə çoxsaylı sferalarda, qarşılıqlı maraqlar əsasında, ticari əlaqələri gücləndirməklə, demokratik institutlar və regional təhlükəsizlik məsələlərində birgə işləməyi səbirsizliklə gözləyirəm. Korrupsiya ilə mübarizə, bütün siyasi partiyaların birliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün bu səyləri gücləndirəcək və Ermənistanın işıqlı gələcəyini təmin edəcək. Sizə və erməni xalqına xoş arzularımı çatdırıram”. 

Nuranə 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi