Tramp Putinə minnətdarlığını bildirdi

tramp-putine-minnetdarligini-bildirdi
Oxunma sayı: 655

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə səfirliyin işçilərinin sayının azaldılmasına görə minnətdarlığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.  

“Ona (Putinə-red) minnətdarlığımı bildirmək istəyirəm. Belə ki, Vaşinqton xərcləri azaltmağa çalışırdı. İndi bizim daha az işçi heyətimiz var”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın sanksiyalarına cavab olaraq ölkədə çalışan amerikalı diplomatların sayını 755 nəfər azaldaraq 455-ə endirib.