Tramp Putinə vaxt ayıra bildi

tramp-putine-vaxt-ayira-bildi
Oxunma sayı: 1948

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı sammitinin ikinci günündə görüşüblər. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hər iki lider xatirə şəkli çəkilən zaman ayaqüstü söhbətləşiblər. Foto çəkilən zaman da liderlər yanaşı dayanıblar.

***

Hər iki ölkə lideri birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Moskva və Vaşinqton İŞİD terror qruplaşması ilə mübarizə üçün birgə səyləri təşkilat məhv olana kimi davam etdirəcəklər. 

Putinlə Tramp Suriyanın suverenliyi və ərazi bütövlüyü məsələsinə sadiqliklərini bir daha bəyan ediblər.

 

Qeyd edək ki, daha əvvəl Trampın mətbuat xidməti prezidentin sıx qrafiki ilə əlaqədar Rusiya dövlət başçısı ilə təkbətək görüşüb baş tutmayacağını açıqlamışdı.