Tramp Putini Vaşinqtona dəvət etdi

tramp-putini-vasinqtona-devet-etdi
Oxunma sayı: 4183

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini payızda Vaşinqtona səfərə dəvət edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Sanders açıqlama verib.

O qeyd edib ki, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə iki lder arasındakı görüşdə hər iki ölkənin təhlükəsizlik şuraları tərəfindən dialoqun davam etdirilməsi razılaşdırılıb:

“Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltona prezident Putini payızda Vaşinqtona dəvət etməyi tapşırıb. Bu mövzuda danışıqlar davam edir”.