Tramp Putinlə görüşəcək

tramp-putinle-gorusecek
Oxunma sayı: 660

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammitində görüşəcək.

“Qafqazinfo” “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, sözügedən məlumatı Ağ Evdə təsdiqləyiblər. Gözləntilərə görə, prezidentlər İran, Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.  

Görüşün dəqiq tarixi hələ məlum deyil.

Qeyd edək ki, G20 sammiti 27-28 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.