Tramp Putinlə görüşəcəyinə əmin deyil

tramp-putinle-goruseceyine-emin-deyil
Oxunma sayı: 1923

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində noyabrın 11-də Parisdə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyindən əmin olmadığını bildirib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, Putini Birinci dünya müharibəsinin bitməsinə həsr edilmiş təntənəli mərasimdə görəcək və mərasimdən sonra onunla görüş keçirə bilər.

“Mən hələ əmin deyiləm, bizim Parisdə görüşümüz olacaq, ya yox”, - deyə Tramp bildirib.