Tramp Qaşıqçı cinayəti ilə bağlı təklifi qəbul etmədi

tramp-qasiqci-cinayeti-ile-bagli-teklifi-qebul-etmedi
Oxunma sayı: 1921

Səudiyyə Ərəbistanı hökuməti jurnalist Camal Qaşıqçı cinayətinin araşdırılması üçün ABŞ-dan bir ay vaxt istəsə də, Donald Tramp bununla razılaşmayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp şahzadə Salmanla görüşdükdən sonra bu müddətin çox uzun olduğunu deyib:

“Səudiyyə Ərəbistanının 1 aylıq vaxt tələbi çoxdur. Jurnalistin ölümü ilə bağlı səudiyyəlilərdən eşitdiklərimlə qane olmadım”. 

Tramp bununla belə krallıqla münasibəti korlamaq fikrində deyil. O, Ər-Riyad hökumətinin ABŞ-dakı sərmayələrini itirmək istəmədiyini bildirib.