Tramp Qaşıqçı cinayətinə görə dünyanı günahkar bildi

tramp-qasiqci-cinayetine-gore-dunyani-gunahkar-bildi
Oxunma sayı: 1621

ABŞ prezidenti Donald Tramp növbəti dəfə jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Tramp Qaşıqçı cinayətinə görə bütün dünyanı günahkar bilib:

“Bu cinayətə görə bütün dünya məsuliyyət daşıyır. Çünki dünya çirkli bir yerdir. Bəlkə şahzadə Salman bu cinayəti qabaqcadan bilirdi, bəlkə də bilmirdi. Bu hadisəyə nifrət edirəm. Qətlin ört-basdır edilməsi cəhdinə də nifrət edirəm. Vəliəhd şahzadə bu hadisəyə məndən çox nifrət edir”.