Tramp Qüdslə bağlı qərarını açıqladı - Video + Yenilənib

tramp-qudsle-bagli-qerarini-aciqladi
Oxunma sayı: 6907

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı olması ilə bağlı edəcəyi çıxışdan öncə qısa açıqlama verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Tramp özündən əvvəlki prezidentlərin Qüdslə bağlı bir şey etmədiklərini və indi lazımi addımı atmağın zamanı olduğunu deyib:

“Qüdslə bağlı qərar çoxdan verilməli idi”.

Qeyd edək ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi iddiasına bir çox ölkə, həmçinin Avropa Birliyi sərt münasibət bildirib. ABŞ-a regionda qarışıqlıq yaratmamaq barədə çağırış edilib.

***

Tramp ictimaiyyət qarşısında çıxışına başlayıb. O, Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını rəsmən elan edib.

ABŞ prezidenti Təl-Əvivdəki konsulluğun Qüdsə köçürülməsi üçün göstəriş verib.