“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”

tramp-ruhani-ile-gorusmek-ucun-8-defe-xahis-edib
Oxunma sayı: 2085

İran rəsmisi ABŞ prezidenti Donald Trampa bağlı maraqlı iddia səsləndirib. 

“Qafqazinfo” “Mehr” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İran Prezident Administrasiyasının başçısı Mahmud Vaizi jurnalistlərə açıqlamasında Trampın İran prezidenti ilə görüş üçün dəfələrlə xahiş etdiyini deyib: “BMT Baş Məclisinin sentyabrdakı sessiyasında amerika lideri Həsən Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”. 

Qeyd edək ki, indiyə qədər Həsən Ruhani və Donald Tramp arasında görüş olmayıb. Hətta o ktyabrda KİV-lərdə xəbərlər yayılmışdı ki, İran lideri Trampın şəxsən görüşmək barədə xahişini rədd edib. 

Aysel Kərimova