Tramp Ruhani ilə görüşməyi planlaşdırmır

tramp-ruhani-ile-gorusmeyi-planlasdirmir
Oxunma sayı: 824

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə görüşmək niyyətində deyil.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp öz tvitter hesabında yazıb: “İstəklərə baxmayaraq, Ruhani ilə görüş planlaşdırmıram. Bəlkə gələcəkdə nə vaxtsa bir araya gələrik. Mən onun çox gözəl insan olduğunu eşitmişəm”.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo BMT Baş Assambleyasının sessiyasında hər iki dövlət başçısının bir araya gələ biləcəyini bildirmişdi.

Aysel Kərimova