“Tramp seçkiqabağı vədlərini yerinə yetirmir...” - Putin

tramp-seckiqabagi-vedlerini-yerine-yetirmir
Oxunma sayı: 1163

Prezident Vladimir Putin əmindir ki, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsi ilə bağlı ittihamlar Donald Trampın rəqibləri tərəfindən uydurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı Moskvada baş tutan ənənəvi illik böyük mətbuat-konfransında danışıb. O bildirib ki, Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində məhdudiyyətlər var, lakin əmindir ki, bu münasibətlər normallaşacaq: “Etmək istədikləri bəzi şeylər vardı, lakin hələ ki, bacarmayıb. Bura səhiyyə sahəsindəki islahatlar da daxildir. Yeri gəlmişkən, o, xarici siyasətdə Rusiya ilə əlaqələrin yaxşılaşacağından danışmışdı. Aydındır ki, hətta o istəsə belə məlum məhdudiyyətlərə görə, hələ ki, bunu etmək vəziyyətində deyil”. 

ABŞ prezidentinin fəaliyyəti ilə bağlı suala gəlincə, Putin bildirib ki, Donald Trampın fəaliyyətinə qiymət vermək onun səlahiyyətində deyil, bunu amerikalılar etməlidirlər. Rusiya lideri onu da əlavə edib ki, ABŞ iqtisadiyyatının inkişafında nailiyyətlər görür.